...

Bakıda sürücü onu bıçaqla hədələyən sərnişinini polisə təslim edib

Hadisə Materials 15 Mart 2012 12:00 (UTC +04:00)
Bakıda sürücü onu bıçaqla hədələyən sərnişinini poliəs təslim edib
Bakıda sürücü onu bıçaqla hədələyən sərnişinini polisə təslim edib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda sürücünü bıçaqla hədələyərək pul tələb edən şəxs polisə təslim edilib.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 14-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Elşən Qəşəmzadənin idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturmuş naməlum şəxs Sabunçu qəsəbəsinə gedəcəyini bildirib.

Qəsəbə ərazisində həmin şəxs sürücünü bıçaqla hədələyərək pul verməsini tələb etdiyindən onun tərəfindən tutulub, polis əməkdaşlarına təhvil verilib. Araşdırmalar zamanı həmin şəxsin Gürcüstan vətəndaşı Vüqar Vəliyev olması müəyyən edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin fevral ayının 26-da Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Məzahir Qəhrəmanovu bıçaqla hədələyərək pul verməsini tələb etməsi, Səbuhi Cəfərovu bıçaqla hədələyərək 20 manat pulunu alması, habelə Cavanşir Əliyevə qarşı zor tətbiq edərək mobil telefonunu alması da müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti