...

Şəkidə qadağan olunmuş dini ədəbiyyat aşkar edilib

Hadisə Materials 17 Mart 2012 12:22 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Şəkidə qadağan olunmuş dini ədəbiyyat aşkar edilib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir K.Zərbalıyeva/

Şəkidə radikal dini təriqətə məxsus qadağan olunmuş ədəbiyyat aşkar edilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 16-da Şəki şəhər polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dini radikalizm və qeyri-ənənəvi dini təriqətlə məşğul olan Turan qəsəbə sakini Yaşar Əliyevin evindən çoxlu sayda dini məzmunlu müxtəlif kitablar, jurnallar və 3 ədəd disk aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti