...

FHN Abşeron rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 25 Mart 2012 14:40 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
FHN Abşeron rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir E.Mehdiyev/

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend-in bazar günü FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda "VAZ" markalı minik avtomobili ilə "TX-4" markalı minik avtomobili toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilinin sürücüsü və sərnişini, "TX-4" markalı minik avtomobilinin sürücüsü və iki nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişləri avtomobillərdən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 02:42-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti