...

Azərbaycanda bayram günlərində yol qəzalarında 14 nəfər ölüb, 92 nəfər xəsarət alıb

Hadisə Materials 27 Mart 2012 09:11 (UTC +04:00)
Azərbaycanda bayram günlərində 76 yol qəzası qeydə alınıb.
Azərbaycanda bayram günlərində yol qəzalarında 14 nəfər ölüb, 92 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda bayram günlərində 76 yol qəzası qeydə alınıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, martın 20-dən 27-dək qeydə alınan qəzalar zamanı 14 nəfər ölüb, 92 nəfər xəsarət alıb.

Bayram günlərində ən çox qəza martın 20-də qeydə alınıb.

Bayramın ilk günü respublikanın avtomobil yollarında 17 yol qəzası zamanı 5 nəfər ölüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Əliyev bildirib ki, qəzaların böyük əksəriyyəti respublikanın rayonlarında və böyük magistrallarda baş verib.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar martın 20-26-sı respublikada qeyri-iş günü olub.

Xəbər lenti

Xəbər lenti