...

Mingəçevir Su Elektrik Stansiyasında qəza baş verib, ölən və xəsarət alan var

Hadisə Materials 30 Mart 2012 13:47 (UTC +04:00)
Faktla bağlı şəhər prokurorluğunda araşdırma başlayıb.
Mingəçevir Su Elektrik Stansiyasında qəza baş verib, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 30 mart / Trend müxbir K.Zərbalıyeva/

Mingəçevir Su Elektrik Stansiyasında təmir işləri aparılarkən qəza baş verib, ölən və xəsarət alan var.

Mingəçevir Şəhər Polis İdarəsindən Trend-ə verilən məlumata görə, stansiyada daxili təmir işləri aparılarkən qır qazanı aşıb. Nəticədə stansiyanın işçiləri, 1990-cı il təvəllüdlü Cabbarov Pərviz Xasay oğlu həlak olub, 1981-ci il təvəllüdlü Süleymanov Cuma Yusif oğlu xəsarət alıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma başlayıb.

Xəbər lenti

Xəbər lenti