...

Bakıda “Qasid”ə məxsus qəzet köşkündə oğurluq olub

Hadisə Materials 31 Mart 2012 11:00 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, martın 26-da F.Əmirov küçəsində yerləşən «Qasid» firmasına məxsus qəzet köşkündən qapının qıfılını sındırma yolu ilə 625 manat, ödəmə kartları, siqaretlər və alışqanlar, martın 29-na keçən gecə isə həmin köşkdən eyni üsulla noutbuk, tütün məmulatları və internet kartları oğurlanıb.
Bakıda “Qasid”ə məxsus qəzet köşkündə oğurluq olub

Azərbaycan, Bakı, 31 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda "Qasid"ə məxsus qəzet köşkündə oğurluq olub.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, martın 26-da F.Əmirov küçəsində yerləşən "Qasid" firmasına məxsus qəzet köşkündən qapının qıfılını sındırma yolu ilə 625 manat, ödəmə kartları, siqaretlər və alışqanlar, martın 29-na keçən gecə isə həmin köşkdən eyni üsulla noutbuk, tütün məmulatları və internet kartları oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mehman Abbasov, Kürdəmir rayon sakini Eldəniz Ələkbərov və Astara rayon sakini Emil Babayev martın 30-da tutulublar.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam edir.

Xəbər lenti

Xəbər lenti