...

Nəqliyyat Nazirliyi yük qatarının aşması səbəbini açıqlayıb

Hadisə Materials 18 Aprel 2012 11:14 (UTC +04:00)
Nəqliyyat Nazirliyi yük qatarının aşması ilə bağlı rəsmi məlumat yayıb.
Nəqliyyat Nazirliyi yük qatarının aşması səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi yük qatarının aşması ilə bağlı rəsmi məlumat yayıb.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov Trend-ə bildirib ki, bu gecə saat 03:24-də Azərbaycan Dəmir Yollarının Yevlax stansiyasında Gürcüstandan gələn, tranzit olaraq Türkmənistana gedən yük qatarının Gürcüstan Respublikasına məxsus 4 refrijerator vaqonu relsdən çıxıb, nəticədə hər iki istiqamətdə qatarların hərəkətində fasilələr yaranıb.

Hazırda müvafiq qurumların köməyi ilə hadisə yerində aparılan təmir-bərpa işləri nəticəsində vaqon qaldırılıb, Bakı-Tbilisi və Tbilisi-Bakı sərnişin qatarları təyinatı üzrə yola salınıb.

Təmir-bərpa işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti