...

Bakı Yol Polisi: Bakıda sərnişin avtobusunun aşması nəticəsində dörd nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Hadisə Materials 28 Aprel 2012 14:40 (UTC +04:00)
Bakı-Quba magistral yolunun Biləcəri qəsəbəsinə gedən hissəsində sərnişin avtobus aşıb. Şahidlərin Trend-ə verdiyi məlumata görə, avtobusda sərnişinlər olub.
Bakı Yol Polisi: Bakıda sərnişin avtobusunun aşması nəticəsində dörd nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Yol qəzasından fotolar əlavə olunub. (İlk xəbər 12:36-da yayılıb)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Quba magistral yolunun Biləcəri qəsəbəsinə gedən hissəsində sərnişin avtobus aşıb. Şahidlərin Trend-ə verdiyi məlumata görə, avtobusda sərnişinlər olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Dəmiryol Xəstəxanasından Trend-ə verilən məlumata görə, qəzada xəsarət alan 3 nəfər xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.

Bir yaralının isə başqa bir xəstəxanaya aparıldığı bildirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, 93 saylı marşrutla hərəkət edən "Daewo" markalı sərnişin avtobusu aşıb. Qəza zamanı 4 nəfər xəsarət alıb və onlar Biləcəri qəsəbəsindəki Dəmiryol Xəstəxanasına aparılıblar.

Xəbər lenti

Xəbər lenti