...

Sumqayıtda ağır yol qəzası olub: 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Hadisə Materials 2 İyun 2012 09:45 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 1-də Sumqayıt şəhərinin Sahil küçəsində 1983-cü il təvəllüdlü şəhər sakini Aslanov Elnur İsgəndər oğlu "VAZ-21015" markalı 50-CF-072 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu hasara vurub.
Sumqayıtda ağır yol qəzası olub: 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıtda ağır yol qəzası nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 1-də Sumqayıt şəhərinin Sahil küçəsində 1983-cü il təvəllüdlü şəhər sakini Aslanov Elnur İsgəndər oğlu "VAZ-21015" markalı 50-CF-072 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu hasara vurub.

Qəza nəticəsində sürücü və avtomobilində olan sərnişinlər - Sumqayıt şəhər sakinləri, 1977-ci il təvəllüdlü Abışov Gündüz Ramiz oğlu, Babayev Valeh Ağakişi oğlu hadisə yerində ölüblər. 1976-cı il təvəllüdlü Nemətov Eldar Müslüm oğlu isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Xəbər lenti

Xəbər lenti