...

Azərbaycana psixotrop maddələr gətirən İran vətəndaşı saxlanılıb

Hadisə Materials 2 İyun 2012 10:05 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İrandan Azərbaycana piyada gələn həmin ölkənin vətəndaşı Alışzadeh Davud Yaqub oğluna məxsus 1 ədəd irihəcmli əl yükünə baxış keçirilib.
Azərbaycana psixotrop maddələr gətirən İran vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycana psixotrop maddələr gətirən İran vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İrandan Azərbaycana piyada gələn həmin ölkənin vətəndaşı Alışzadeh Davud Yaqub oğluna məxsus 1 ədəd irihəcmli əl yükünə baxış keçirilib.

Baxış zamanı 1 ədəd karton qutuda yerləşdirilmiş dərmanların yanında gömrük nəzarətinə bəyan olunmayan, "Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxil olan, 7 ədəd qutuda, hər bir qutuda 10 konvalyut və hər konvalyutda 10 ədəd həb olmaqla (cəmi 700 ədəd həb) "Xanax 0,5 mg Alprazolam" adlı dərman preparatı, 10 ədəd "Zepadic Diazepam 10 mg/2ml" adlı ampulalar, hər birində 20 ədəd həb olmaqla 25 konvalyut "Diazepam 10" adlı dərman preparatı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti