...

Bakıda bir neçə gün əvvəl törədilən qətlin daha bir iştirakçısı saxlanılıb

Hadisə Materials 5 İyun 2012 10:45 (UTC +04:00)
Bakı polisi mayın 30-da törədilən qətlin daha bir iştirakçısını saxlayıb.
Bakıda bir neçə gün əvvəl törədilən qətlin daha bir iştirakçısı saxlanılıb

Azərbaycan, Bakı, 5 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakı polisi mayın 30-da törədilən qətlin daha bir iştirakçısını saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 9-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mayın 30-da Natiq Həsənovu qətlə yetirən digər iştirakçı Bakı şəhər sakini Bahadur Mustafayev iyunun 4-də yaxalanıb.

Qeyd edək ki, qətldə şübhəli bilinən əvvəllər məhkum edilmiş Oleq Borisovets, Bakı şəhər sakini Rəşadət Həsənov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti