...

Bakıda partlamamış tank mərmisi aşkar edilib

Hadisə Materials 5 İyun 2012 12:02 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 112 qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda partlamamış döyüş sursatı aşkarlanıb.
Bakıda partlamamış tank mərmisi aşkar edilib

Azərbaycan, Bakı, 5 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakıda partlamamış tank mərmisi aşkar edilib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 112 qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda partlamamış döyüş sursatı aşkarlanıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin ediblər.

Daha sonra nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, döyüş başlığı olmayan 1 ədəd 100 millimetrlik tank mərmisidir. Mərmi zərərsizləşdirilməsi üçün aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti