...

Bakıda minik avtomobili "Kamaz"la toqquşub, sürücü həlak olub

Hadisə Materials 5 İyun 2012 12:08 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda Bakı-Qazax yolunun 65-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili və "Kamaz" markalı yük avtomobili toqquşub.
Bakıda minik avtomobili "Kamaz"la toqquşub, sürücü həlak olub

Azərbaycan, Bakı, 5 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakıda minik avtomobili "Kamaz"la toqquşub, sürücü həlak olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda Bakı-Qazax yolunun 65-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili və "Kamaz" markalı yük avtomobili toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnib, minik avtomobilinin sürücüsü - 1984-cü il təvəllüdlü Vüqar Vaqif oğlu Əsgərov ölüb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə Əsgərovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti