...

Bakıda tank mərmisi zərərsizləşdirilib

Hadisə Materials 5 İyun 2012 17:04 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 112 "qaynar" telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda partlamamış döyüş sursatı aşkarlanıb.
Bakıda tank mərmisi zərərsizləşdirilib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda aşkarlanmış döyüş başlığı olmayan 1 ədəd 100 millimetrlik tank mərmisi zərərsizləşdirilib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 112 "qaynar" telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda partlamamış döyüş sursatı aşkarlanıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin ediblər.

Daha sonra nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçiriblər.

Daşınmasının təhlükəli olduğu nəzərə alınaraq, mərmi tapıldığı ərazidə partladılma üsulu ilə məhv edilib.

Əməliyyat Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti