...

Bakıda, avtobus ilə yük avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Hadisə Materials 5 İyun 2012 20:34 (UTC +04:00)
Bakı şəhəri, Qaradağ rayonunda IVECO markalı sərnişin avtobusu və KAMAZ markalı yük avtomobili toqquşub.
Bakıda, avtobus ilə yük avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Bakı şəhəri, Qaradağ rayonunda IVECO markalı sərnişin avtobusu və KAMAZ markalı yük avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, IVECO markalı sərnişin avtobusunda xəsarət almış sərnişinlər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Digər sərnişin Abdullayeva Xanım Qəzənfər qızı aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə Abdullayevanın cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti