...

Ələt-Astara yolunda iki avtomobil toqquşub, ölən var

Hadisə Materials 6 İyun 2012 11:59 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayonunda, Ələt-Astara yolunun 140-cı kilometrliyində "VAZ" və "Mitsubishi" markalı 2 minik avtomobili toqquşub.
Ələt-Astara yolunda iki avtomobil toqquşub, ölən var

Azərbaycan, Bakı, 6 iyun / Trend müxbir K.Zərbalıyeva/

Ələt-Astara yolunda iki avtomobil toqquşub, ölən var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayonunda, Ələt-Astara yolunun 140-cı kilometrliyində "VAZ" və "Mitsubishi" markalı 2 minik avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sərnişini - 1960-cı il təvəllüdlü Məlahət Balağa qızı Məhərrəmova hadisə yerində ölüb.

Məhərrəmovanın cəsədi təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti