...

Bakıda vətəndaşdan pul ala bilməyən dilənçinin maraqlı reaksiyası

Hadisə Materials 7 İyun 2012 11:04 (UTC +04:00)
Dilənçilərlə ehtiyatlı olun, onlara qarşı kobudluq etməyin. Əks təqdirdə onların qəzəbinə tuş gələrsiniz.
Bakıda vətəndaşdan pul ala bilməyən dilənçinin maraqlı reaksiyası

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir K.Zərbalıyeva/

Dilənçilərlə ehtiyatlı olun, onlara qarşı kobudluq etməyin. Əks təqdirdə onların qəzəbinə tuş gələrsiniz.

Bakının Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, R.Rüstəmov küçəsində şəxsiyyəti dəqiqləşməyən dilənçi paytaxt sakini 59 yaşlı Maynur Atambəyovaya yaxınlaşaraq ondan pul istəyib.

Atambəyova isə dilənçiyə kobud cavab verərək onu rədd edib.

Xanımın kobud cavabından qəzəblənən dilənçi Atambəyovanın boynundakı qızıl boyunbağını qıraraq üstünə atıb və ondan uzaqlaşıb.

Xəbər lenti

Xəbər lenti