...

Bakıda 100 il əvvəl inşa olunmuş tankerdəki yanğının səbəbi məlum olub

Hadisə Materials 8 İyun 2012 12:13 (UTC +04:00)
Bakıda yük tankerinin yanmasına qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub.
Bakıda 100 il əvvəl inşa olunmuş tankerdəki yanğının səbəbi məlum olub

Azərbaycan, Bakı, 8 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakıda yük tankerinin yanmasına qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilir.

Xətai rayonunda "AZEKO" Azərbaycan-Amerika Birgə Müəssisəsinə məxsus 1912-ci ildə inşa olunmuş, hazırda kəsilməkdə olan "Volqa" yük tankerinin içərisində 200 kv.m sahədə mazut qalıqları yanıb.

Tankerin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti