...

Bakıdan Moskvaya uçan təyyarə Həştərxanda qəza enişi edib, xəsarət alan yoxdur

Hadisə Materials 10 İyun 2012 12:07 (UTC +04:00)
Bakıdan Moskvanın “Vnukovo” aeroportuna uçan və Həştərxanda qəza enişi edən “Boinq” təyyarəsinin sərnişinləri ehtiyyat təyyarə ilə Moskvaya göndəriliblər.
Bakıdan Moskvaya uçan təyyarə Həştərxanda qəza enişi edib, xəsarət alan yoxdur

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Bakıdan Moskvanın "Vnukovo" aeroportuna uçan və Həştərxanda qəza enişi edən "Boinq" təyyarəsinin sərnişinləri ehtiyyat təyyarə ilə Moskvaya göndəriliblər.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın "İnterfax-Yuq" agentliyinə Həştərxan hava limanının administrasiyasından bildirilib.

"Bakıdan "Vnukovo" aeroportuna uçan Boinq sərnişin təyyarəsi şənbə günü Moskva vaxtı ilə 18:00-da Həştərxanda qəza enişi edib. İlkin məlumatlara görə, hadisəyə təyyarınin yanacaq sistemində olan problemlər səbəb olub", - agentliyə bildirilib. Məlumata görə, təyyarədə 54 sərnişin olub, heç kim xəsarət almayıb.

"Ötən gücə bütün sərnişinlər ehtiyyat təyyarə ilə Moskvaya göndəriliblər", - aeroportdan bildiriblər.

P2 746 reysi Rusiyanın "Yut eyr" aviaşirkəti tərəfindən həyata keçirilir. Təyyarə Bakıdan şənbə günü 16:58-də yola düşüb.

Xəbər lenti

Xəbər lenti