...

Moskvada Ermənistandan gəlmələrin iştirakı ilə dava baş verib

Hadisə Materials 11 İyun 2012 10:32 (UTC +04:00)
Moskvanın Orexovo-Borisovo mikrorayonunda iyunun 9-dan 10-na keçən gecə Ermənistandan gəlmələrin iştirakı ilə dava baş verib.
Moskvada Ermənistandan gəlmələrin iştirakı ilə dava baş verib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Moskvanın Orexovo-Borisovo mikrorayonunda iyunun 9-dan 10-na keçən gecə Ermənistandan gəlmələrin iştirakı ilə dava baş verib.

Trend Rusiya KİV-ə istinadən məlumat verir ki, yerli sakinlər General Belov küçəsində əslən Ermənistandan olan şəxslərlə münasibətlərini yumruqla aydınlaşdırıblar. Bu zaman bıçaqdan da istifadə olunub.

Bıçaq yarası ilə xəsarət alan iki nəfər Sklifovski İnstitutuna çatdırılıb. 10 erməni isə polis şöbəsinə aparılıb.

Xəbər lenti

Xəbər lenti