...

Azərbaycanda yol "kabus"u: 313 nəfər ölüb, 1144 nəfər xəsarət alıb

Hadisə Materials 12 İyun 2012 11:41 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 152 qəza, 10 ölüm, 156 xəsarət faktının azalması müşahidə olunub.
Azərbaycanda yol "kabus"u: 313 nəfər ölüb, 1144 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin yanvar-may aylarında 1035 yol qəzasında 313 nəfər dünyasını dəyişib, 1144 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 152 qəza, 10 ölüm, 156 xəsarət faktının azalması müşahidə olunub.

Qəzaların 429-u (104 ölüm, 503 xəsarət) Bakıda baş verib.

Qeydə alınan hadisələrin 389-u toqquşma (100 ölüm, 527 xəsarət), 139-u maneəyə vurma (40 ölüm, 164 xəsarət), 100-ü aşma (52 ölüm, 107 xəsarət), 372-si piyadaların vurulması (106 ölüm, 301 xəsarət) olub.

Piyadaların vurulması faktının 109-u (25 ölüm, 84 xəsarət) piyadaların təqsiri üzündən baş verib. Onlardan ikisi sərxoş vəziyyətdə olub.

Yol qəzalarında 14 uşaq ölüb, 85-i xəsarət alıb.

Qeydə alınan yol qəzalarından 277-si avtomobilin yüksək sürətlə idarə olunması (111 ölüm, 207 xəsarət), 255-i ötmə, manevr qaydalarının pozulması (70 ölüm, 363 xəsarət), 106-sı yolayrıcını keçmə qaydalarının pozulması (24 ölüm, 144 xəsarət) səbəbindən olub.

Xəbər lenti

Xəbər lenti