...

Bakıda elektrik cərəyanı vurması nəticəsində 3 nəfər ölüb

Hadisə Materials 13 İyun 2012 12:28 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 12-də Yasamal rayonunda yaşayan Mustafa Qafarovun mənzilində təmir işləri aparan Bakı şəhər sakini Elşad Hacıyev elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bakıda elektrik cərəyanı vurması nəticəsində 3 nəfər ölüb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Bakıda elektrik cərəyanı vurması nəticəsində 3 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 12-də Yasamal rayonunda yaşayan Mustafa Qafarovun mənzilində təmir işləri aparan Bakı şəhər sakini Elşad Hacıyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

İyunun 12-də Yasamal rayonunda yaşayan İlham Hüseynov evinin vanna otağında elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

İyunun 12-də Sabunçu rayonu ərazisindəki tikintilərin birində, Göyçay rayon sakini Mansur Rəsulov orada təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Xəbər lenti

Xəbər lenti