...

Azərbaycanda qətlə yetirilmiş iki şəxsin meyiti tapılıb

Hadisə Materials 13 İyun 2012 12:38 (UTC +04:00)
Azərbaycanda qətlə yetirilmiş iki şəxsin meyiti tapılıb.
Azərbaycanda qətlə yetirilmiş iki şəxsin meyiti tapılıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda qətlə yetirilmiş iki şəxsin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 12-də Quba rayon sakini Arif Eyyubovun baş nahiyəsində xəsarəti olan meyiti yaşadığı evdən tapılıb.

İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Quba RPŞ tərəfindən aparılır.

Bundan əlavə, iyunun 12-də Lerik rayonunun Murya kəndində, kənd sakini Ahil İbrahimovun küt alətlə qətlə yetirilmiş meyiti evinin yaxınlığında tapılıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Lerik RPŞ tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti