...

Kürdəmirdə yol qəzasında bir nəfər ölüb, iki azyaşlı uşaq xəsarət alıb

Hadisə Materials 13 İyun 2012 12:41 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 12-də saat 18:30 radələrində Kürdəmir rayonu ərazisində Bakı şəhər sakini Ziya Şıxəliyevin idarə etdiyi "Honda CRV" və rayon sakini Cabbar Hüseynovun idarə etdiyi "SHACMAN" markalı avtomaşınlar toqquşub.
Kürdəmirdə yol qəzasında bir nəfər ölüb, iki azyaşlı uşaq xəsarət alıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Kürdəmirdə yol qəzasında bir nəfər ölüb, iki azyaşlı uşaq xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 12-də saat 18:30 radələrində Kürdəmir rayonu ərazisində Bakı şəhər sakini Ziya Şıxəliyevin idarə etdiyi "Honda CRV" və rayon sakini Cabbar Hüseynovun idarə etdiyi "SHACMAN" markalı avtomaşınlar toqquşub.

Sonradan "Honda CRV" markalı avtomaşın qarşı istiqamətdən gələn Ucar rayon sakini Əliqulu Həsənov tərəfindən idarə edilən "Mercedes" markalı avtomaşına dəyib və aşıb.

Nəticədə Şıxəliyevin sərnişini - arvadı Vüsalə hadisə yerində ölüb, iki azyaşlı qızları isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti