...

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın söndürülüb, xəsarət alanlar var

Hadisə Materials 13 İyun 2012 13:37 (UTC +04:00)
Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı doqquzmərtəbəli yaşayış binasında baş verən güclü yanğının mənbələri tam söndürülüb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.
Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın söndürülüb, xəsarət alanlar var

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı doqquzmərtəbəli yaşayış binasında baş verən güclü yanğının mənbələri tam söndürülüb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini deyib ki, nazirliyə yanğın hadisəsi barədə məlumat daxil olan kimi, əraziyə təcili olaraq yanğınsöndürənlər cəlb olunub, tədbirlərə başlanıb, binada olan sakinlər təxliyyə olunub.

Mirzəyev xəsarət alan şəxslərə lazım olan tibbi yardım göstərildiyini qeyd edib.

Nazir müavininin sözlərinə görə, ərazidə çoxsaylı kiçik tikintilər olduğundan texnika yanğın baş verən əraziyə yetərincə yaxınlaşa bilməyib. Ona görə də yanğının söndürülməsində problem yaranıb. Eyni zamanda, binada qaz balonlarının olması təhlükə yaradıb.

"Amma artıq yanğın mənbələri sayılan yerlərdə yanğının söndürülməsinə nail olmuşuq", - nazir müavini deyib.

O, hazırda yanğının baş vermə səbəbləri barədə təhqiqatçılar tərəfindən araşdırılma aparıldığını deyib.

Mirzəyev yanğının təxminən 1000 kvadratmetrə qədər ərazini əhatə etdiyini açıqlayıb.

Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən artıq canlı qüvvəsi, 20-dən çox yanğınsöndürən maşın cəlb olunub. Eyni zamanda, 2 yanğınsöndürən vertolyot ehtiyat tədbirləri görülməsi üçün havada saxlanılıb, lakin onların xidmətindən istifadə edilməyib.

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkim müavini Zemfira Vahidova çərşənbə günü Trend-ə bildirib ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan yalnız 5-i xəstəxanalara çatdırılıb. Digərləri isə yüngül xəsarət aldığı üçün ilkin tibbi yardım göstərilib. 3 nəfər yanğın məhlullarından natamam zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə, 2 nəfər isə Respublika Klinik Xəstəxanasına aparılıb. Onlardan biri hamilə qadındır.

Vahidova hazırda təcili yardım briqadalarının hadisə yerində olduğunu söyləyib.

Xəbər lenti

Xəbər lenti