...

Bakıda gəmidə yanğının söndürülməsi üçün əlavə azot gətirilir (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 İyun 2012 14:51 (UTC +04:00)
Bakıda gəmidə yanğının söndürülməsi üçün xüsusi odsöndürücü kimyəvi maye olan azot gətirilir.
Bakıda gəmidə yanğının söndürülməsi üçün əlavə azot gətirilir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:52-də yayılıb)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Bakıda gəmidə yanğının söndürülməsi üçün xüsusi odsöndürücü kimyəvi maye olan azot gətirilir.

FHN-in Suraxanı rayon dövlət yanğından mühafizə hissəsindən Trend-ə verilən məlumata görə, hazırda yerdə və gəminin içində dəmirdə qızışma gedir. Buna su vurulması qeyri-mümkündür. Hazırda yanğının söndürülməsi üçün azot gətirilir.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda limanda İran İslam Respublikasına məxsus "Niloufar Abi" gəmisinin yük hissəsində "Baku Steel Company" MMC üçün gətirilmiş təxminən 500 ton metal oksidli şlak (su ilə reaksiyaya girdiyi zaman qızışaraq öz-özünə alışan maddə) 60 kvadratmetr sahədə yanır.

Yanğının söndürülməsində xüsusi odsöndürücü kimyəvi maye olan azotdan istifadə edilir. Söndürülmə işləri davam edir.

Hazırda yanğın bölmələri hadisə yerində növbə çəkir, gəminin soyudulması üçün lülələr verilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti