...

FHN Bakıda 9 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı təfərrüatları açıqlayıb

Hadisə Materials 13 İyun 2012 18:36 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Bakıda doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı təfərrüatları açıqlayıb.
FHN Bakıda 9 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı təfərrüatları açıqlayıb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Fövqəladə Hallar Nazirliyi Bakıda doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı təfərrüatları açıqlayıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı, tikintisi başa çatmamış doqquzmərtəbəli, hər mərtəbənin ümumi sahəsi 3000 kv.m olan binanın 6-cı mərtəbəsində 150 kv.m, 7-ci mərtəbəsində 1250 kv.m, 8-ci mərtəbəsində 1000 kv.m və 9-cu mərtəbəsində 200 kv.m sahədə (ümumi 2600 kv.m) arakəsmələri taxta, plastik və kağız-karton lövhələrdən ibarət mənzillərin yanar konstruksiyaları yanıb.

Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın zamanı 157 nəfər, o cümlədən 36 uşaq təxliyyə olunub, 11 nəfər, o cümlədən 3 azyaşlı uşaq xilas olunub. Xilasetmə işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən aparılıb.

Narahatlıq hiss etdiyi üçün 5 nəfərə ilkin tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti