...

Bakıda gəmidə baş vermiş yanğın tam söndürülüb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 13 İyun 2012 20:48 (UTC +04:00)
FHN-in Suraxanı rayon dövlət yanğından mühafizə hissəsindən Trend-ə verilən məlumata görə, gəminin içində dəmirdə qızışma gedib və buna su vurulması qeyri-mümkündür.
Bakıda gəmidə baş vermiş yanğın tam söndürülüb (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:52-də yayılıb)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Bakıda gəmidə baş vermiş yanğın tam söndürülüb.

FHN-in Suraxanı rayon dövlət yanğından mühafizə hissəsindən Trend-ə verilən məlumata görə, gəminin içində dəmirdə qızışma gedib və buna su vurulması qeyri-mümkündür. Bunun üçün də xüsusi odsöndürücü kimyəvi maye olan azot gətirilib. Hazırda yanğın tam söndürülüb.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Suraxanı rayonunda limanda İran İslam Respublikasına məxsus "Niloufar Abi" gəmisinin yük hissəsində "Baku Steel Company" MMC üçün gətirilmiş təxminən 500 ton metal oksidli şlak (su ilə reaksiyaya girdiyi zaman qızışaraq öz-özünə alışan maddə) 60 kvadratmetr sahədə yanıb.

Xəbər lenti

Xəbər lenti