...

Bakının mərkəzində avtobus yolu keçən hamilə qadını vurdu (VİDEO)

Hadisə Materials 14 İyun 2012 17:36 (UTC +04:00)
Bakının mərkəzində sərnişin avtobusu yolu keçən hamilə qadını vurub.
Bakının mərkəzində avtobus yolu keçən hamilə qadını vurdu (VİDEO)

Azərbaycan, Bakı, 14 iyun /Trend müxbir K.Zərbalıyeva/

Bakının mərkəzində sərnişin avtobusu yolu keçən hamilə qadını vurub.

Yol qəzası həm sürücünün, həm də piyadanın yol hərəkəti qaydalarını pozması səbəbindən baş verib. Videogörüntüdən aydın olur ki, sərnişin avtobusunun sürücüsü yolun sağına baxmadan hərəkət edir və yolu keçən hamilə qadını vurur. Yolu keçən qadın isə piyadalar üçün nəzərdə tutulmayan yerdən hərəkət edir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Video Player
Xəbər lenti

Xəbər lenti