...

Dənizdə batmaq təhlükəsi ilə 3 nəfər xilas olunub

Hadisə Materials 16 İyun 2012 13:26 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə ("Zaqulba 3" sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. 1996-cı il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə, nəzarətsiz ərazidə ("Türkan" sularda xilasetmə məntəqəsinin ərazisindən 500 m solda) çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Dənizdə batmaq təhlükəsi ilə 3 nəfər xilas olunub

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Dənizdə batmaq təhlükəsi ilə 3 nəfər xilas olunub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə ("Zaqulba 3" sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. 1996-cı il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə, nəzarətsiz ərazidə ("Türkan" sularda xilasetmə məntəqəsinin ərazisindən 500 m solda) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Həmçinin, 1988-cı il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə, nəzarətsiz ərazidə ("Nardaran-1" sularda xilasetmə məntəqəsinin ərazisindən 3000 m solda) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Həmin şəxslər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Xəbər lenti

Xəbər lenti