...

Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb

Hadisə Materials 16 İyun 2012 13:30 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 15-də saat 13:00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini Hüseyn Quliyev "MMZ" markalı avtomaşını idarə edərkən yolu keçən Samirə Abdullayevanı vurub.
Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir E.Mehdiyev/

Dünən Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 15-də saat 13:00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini Hüseyn Quliyev "MMZ" markalı avtomaşını idarə edərkən yolu keçən Samirə Abdullayevanı vurub.

Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

İyunun 15-də saat 07:00 radələrində Qaradağ rayonu ərazisində Masallı rayon sakini Şakir Şükürov "Mercedes" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Sumqayıt şəhər sakini Nurəddin Məmmədovun idarə etdiyi "Hyundai-Tukson" markalı avtomaşına vurub və hər 2 avtomaşın aşıb.

Nəticədə "Mercedes"in sürücüsü hadisə yerində ölüb, xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, iyunun 15-də saat 23:50 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Adil Abuşev "Lexus" markalı avtomaşını idarə edərkən 20-25 yaşlı oğlanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Xəbər lenti

Xəbər lenti