...

Abşeronda 81 yaşlı qadının yanmış meyiti aşkar olunub

Hadisə Materials 16 İyun 2012 14:02 (UTC +04:00)
Abşeron rayonu, Pirəküşkül kəndi vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı fin tipli evin yanar konstruksiyaları yanıb.
Abşeronda 81 yaşlı qadının yanmış meyiti aşkar olunub

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Abşeron rayonu, Pirəküşkül kəndi vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı fin tipli evin yanar konstruksiyaları yanıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi 1931-ci il təvəllüdlü Qacıyeva Ruhizə Aslan qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti