...

Bakıda dağıntılar altında qalan qadın ölüb

Hadisə Materials 16 İyun 2012 14:07 (UTC +04:00)
Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər fərdi evdə beton pilləkənin uçması nəticəsində dağıntıların altında qalıb.
Bakıda dağıntılar altında qalan qadın ölüb

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər fərdi evdə beton pilləkənin uçması nəticəsində dağıntıların altında qalıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beton pilləkənin dağıntıları arasında sıxılmış və huşsuz vəziyyətdə qalmış 1980-cı il təvəllüdlü Cəfərova Rübabə Zamiq qızını çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı Cəfərovanın vəfat etdiyi müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti