...

Dünən gecə Bakıda yol qəzalarında 2 nəfər ölüb

Hadisə Materials 18 İyun 2012 11:56 (UTC +04:00)
Dünən gecə Bakıda yol qəzalarında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Dünən gecə Bakıda yol qəzalarında 2 nəfər ölüb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir E.Mehdiyev/

Dünən gecə Bakıda yol qəzalarında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 17-si saat 04:25 radələrində C.Xəndan və Ş.Məmmədova küçələrinin kəsişməsində Bakı şəhər sakinləri Vüsal Gözəlovun idarə etdiyi "Nissan" markalı və Zaur Bəşirovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub.

Nəticədə, "VAZ-2107" markalı avtomobilin sərnişini Ramil Əliyev hadisə yerində ölüb, "Nissan" markalı avtomobilin sürücüsü Vüsal Gözəlov və sərnişini Sənan Niftəliyev Travmatologiya institutuna yerləşdirilib.

İyunun 17-i saat 00:45 radələrində isə Maştağa-Zabrat yolunda Bakı şəhər sakini Adil Məmmədov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə Pəri Ələkbərovanı və qızı Firuzə Vəliyevanı vurub. Onlar 3 saylı xəstəxanaya yerləşdirilib, Pəri Ələkbərova aldığı xəsarətlər nəticəsində orada ölüb.

Xəbər lenti

Xəbər lenti