...

Rüstəm Usubov: Azərbaycanda baş verən ağır cinayətlərin əksəriyyəti açılır

Hadisə Materials 18 İyun 2012 12:02 (UTC +04:00)
Azərbaycanda ildə təxminən 190-200 ağır cinayətlər, xüsusən qəsdən adamöldürmə cinayətləri baş verir və onların əksəriyəti açılır.
Rüstəm Usubov:  Azərbaycanda baş verən ağır cinayətlərin əksəriyyəti açılır

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbəliyeva/

Azərbaycanda ildə təxminən 190-200 ağır cinayətlər, xüsusən qəsdən adamöldürmə cinayətləri baş verir və onların əksəriyyəti açılır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

Usubov bildirib ki, baş verən və açılmamış qalan ağır cinayətlərlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə hərtərəfli işlər aparır.

Onun sözlərinə görə, il ərzində qeydə alınan bu qəbildən olan cinayətlərin təqribən 18-19-u bağlı qalır.

Xəbər lenti

Xəbər lenti