...

Bakıda ağır yol qəzası törədən sürücülərin şəxsiyyətləri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 20 İyun 2012 10:55 (UTC +04:00)
Bakının Nizami rayonunda ağır yol qəzası törədən sürücülərin şəxsiyyətləri açıqlanıb.
Bakıda ağır yol qəzası törədən sürücülərin şəxsiyyətləri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Nizami rayonunda ağır yol qəzası törədən sürücülərin şəxsiyyətləri açıqlanıb.

Nizami Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, bir-biri ilə toqquşmuş "Mercedes" markalı avtomobilin sürücüsü Əliyev Fuad Rəşad oğlu, "VAZ-2107" markalı avtomobilin sürücüsü isə Əliyev Elçin Baxşəli oğludur.

Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 19-da saat 00:30 radələrində "Neftçilər" metrostansiyası yaxınlığında, Rüstəm Rüstəmov, 32 ünvanında baş vermiş qeyri-adi qəzada 12 nəfər xəsarət alıb.

Məlumata görə, həmin yolda "Mercedes" və "VAZ-2107" markalı iki avtomobil toqquşub.

Qəzada xəsarət alan olmasa da, həmin avtomobillərin sürücülərinin mübahisəsi zamanı ətrafa xeyli sayda insan topalaşıb.

Bu zaman "Mercedes" markalı başqa bir avtomobil yüksək sürətlə hərəkət edərək həmin insanların üstünə sürüb.

İdarədən bildirilib ki, hadisə zamanı 12 nəfər xəsarət alıb. Onlardan 2-si hazırda 3 saylı şəhər kliniki xəstəxanasında müalicə olunur, digərlərinə isə tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Qəzanı törədən avtomobilin sürücüsü saxlanılıb.

Faktla bağlı Nizami RPİ-də cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti