...

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub

Hadisə Materials 20 İyun 2012 14:28 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu ərazisində balıq tutmaq məqsədilə dənizə çıxmış 2 nəfər ("Lökbatan" sularda xilasetmə məntəqəsindən təxminən 1500 m aralıda, sahildən 300 m içəriyə doğru) qayığın çevrilməsi nəticəsində batmaq təhlükəsi ilə üzləşib.
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu ərazisində balıq tutmaq məqsədilə dənizə çıxmış 2 nəfər ("Lökbatan" sularda xilasetmə məntəqəsindən təxminən 1500 m aralıda, sahildən 300 m içəriyə doğru) qayığın çevrilməsi nəticəsində batmaq təhlükəsi ilə üzləşib.

Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) 3 nəfər küləkli hava şəraitində çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunublar.

Xəbər lenti

Xəbər lenti