...

İsmayıllıda tövlədə güclü yanğın olub, 14 baş heyvan yanıb

Hadisə Materials 20 İyun 2012 14:35 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 15 ton ot bağlaması yanıb.
İsmayıllıda tövlədə güclü yanğın olub, 14 baş heyvan yanıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/

İsmayıllıda tövlədə güclü yanğın olub, 14 baş heyvan yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 15 ton ot bağlaması yanıb.

Nəticədə 12 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan tələf olub. 3 baş iribuynuzlu, 60 baş xırdabuynuzlu, 150 ədəd ev quşu yanğınsöndürənlər tərəfindən xilas olunub, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti