...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Hadisə Materials 20 İyun 2012 22:59 (UTC +04:00)
Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında çərşənbə günü yanğın baş verib.
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında çərşənbə günü yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında 9-cu mərtəbədən 17-ci mərtəbəyədək şaxta boyunca 30 p.m elektrik kabelləri və 84 ədəd elektrik sayğacı yanmışdır.

Yanğın zamanı 8 nəfər sakin, o cümlədən 2 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilmişdir. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəbər lenti

Xəbər lenti