...

Bakıda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Hadisə Materials 21 İyun 2012 11:24 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Andrey Milkovdan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Bakıda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycan, Bakı, 21 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakı polisi 30 kiloqrama yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Andrey Milkovdan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Maştağa qəsəbəsi Dadaşov küçəsində yaşayan Anar Yahyayevin həyətindən ümumi çəkisi 25 kiloqram olan 87 ədəd çətənə kolu və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti