...

Türkiyədə Kərkük-Yumurtalıq neft kəmərində təxribatın qarşısı alınıb

Hadisə Materials 21 İyun 2012 17:32 (UTC +04:00)
İraqdan Türkiyəyə neftin nəql olunduğu Kərkük-Yumurtalıq kəmərinin Türkiyə hissəsində ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təxribatın qarşısı alınıb.
Türkiyədə Kərkük-Yumurtalıq neft kəmərində təxribatın qarşısı alınıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A.Tağıyeva/

İraqdan Türkiyəyə neftin nəql olunduğu Kərkük-Yumurtalıq kəmərinin Türkiyə hissəsində ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təxribatın qarşısı alınıb. Bu barədə Trend cümə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir.

Türkiyənin Şırnak şəhərinin İdil rayonundakı neft kəmərinin iki sahəsində 50 kiloqramlıq partlayıcı maddə aşkar edilib.

Partlayıcı maddə zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti