...

Bakıya istiqamət alan "Air Astana" aviaşirkətinin təyyarəsi məcburi eniş edib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 22 İyun 2012 12:39 (UTC +04:00)
"Air Astana" aviaşirkətinin Almatı-Bakı marşrutu üzrə hərəkət edən təyyarəsi cümə günü Şımkent aeroportunda məcburi eniş edib.
Bakıya istiqamət alan "Air Astana" aviaşirkətinin təyyarəsi məcburi eniş edib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:18-də yayılıb)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.İsmayılov/

"Air Astana" aviaşirkətinin Almatı-Bakı marşrutu üzrə hərəkət edən təyyarəsi cümə günü Şımkent aeroportunda məcburi eniş edib. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.

Təyyarə Bakıya yerli vaxtla saat 12:55-də eniş etməli idi. Lakin məcburi eniş səbəbindən saat 15:30-dək yubanma elan edilib. Təyyarə Şımkentə Bakı vaxtı ilə sat 10:21-də enib. Bu barədə Trend-ə aeroportdan bildiriblər. Aeroportdan enişin səbəblərini açıqlamayıblar.

KS-111 reysini "Airbus 320-200" təyyarəsi həyata keçirib.

Qazaxıstanın "KazTAQ" agentliyinin məlumatına görə, eniş nəticəsində xəsarət alan yoxdur.

"Təyyarə nasaz olub. Almatı-Bakı marşrutu üzrə hərəkət edən KS-111 reysi Şımkentdə məcburi eniş edib", - təyyarənin sərnişini Serdalı İbjanov cümə günü "KazTAQ"-ın müxbirinə bildirib. Sərnişinin sözlərinə görə, aerovağzalın binasında təyyarənin göyərtəsindən təxliyyə edilən sərnişinlər var. Hadisə yerində xilasetmə, təcili yardım və yanğınsöndürmə xidmətləri işləyir.

Xəbər lenti

Xəbər lenti