...

Bakıda son günlər bir neçə oğurluq həyata keçirən şəxslər yaxalanıb

Hadisə Materials 23 İyun 2012 11:36 (UTC +04:00)
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Rüfət Əhmədov və Bakı şəhər sakini Qalib Kərimov iyunun 22-də tutulub
Bakıda son günlər bir neçə oğurluq həyata keçirən şəxslər yaxalanıb

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Bakıda son günlər bir neçə oğurluq həyata keçirən şəxslər yaxalanıb.

Bakı Şəhər BPİ mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, mayın 28-də Lermantov küçəsində Abşeron rayon sakini Etibar Mehralıyevə məxsus "Toyota-Prado" markalı avtomobilin şüşəsini sındırmaq yolu ilə içərisində 470 manat olan əl çantası, iyunun 1-də Cəfərov qardaşları küçəsində Bakı şəhər sakini Anar Yusifzadəyə məxsus "Hyundai" markalı avtomobildən eyni üsulla içərsində 370 manat, şəxsiyyət vəsiqəsi, mobil telefon, bankomat kartları olan əl çantası, iyunun 17-də Neftçilər prospektində Sumqayıt şəhər sakini Elnarə Şahsuddinovaya məxsus "Nissan" markalı avtomobildən içərsində 370 manat, mobil telefon və şəxsi sənədələr olan əl çantası oğurlanıb.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Rüfət Əhmədov və Bakı şəhər sakini Qalib Kərimov iyunun 22-də tutulub.

Xəbər lenti

Xəbər lenti