...

İstirahət günü Bakı çimərliklərində batmaq təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub

Hadisə Materials 25 İyun 2012 12:23 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 10 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Sahil”, “Sahil-1”, Bilgəh və “Zaqulba-1” sularda xilasetmə məntəqələrinin ərazilərində) və 1 nəfər Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə (“Lökbatan” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib
İstirahət günü Bakı çimərliklərində batmaq təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub

Azərbaycan, Bakı, 25 iyun /Trend/

İstirahət günü Bakı çimərliklərində batmaq təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,
10 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə ("Sahil", "Sahil-1", Bilgəh və "Zaqulba-1" sularda xilasetmə məntəqələrinin ərazilərində) və 1 nəfər Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə ("Lökbatan" sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunublar.

Xəbər lenti

Xəbər lenti