...

Bakıda “Nissan”la “Mercedes” toqquşub, ölən və xəsarət alan var

Hadisə Materials 26 İyun 2012 10:49 (UTC +04:00)
Bakının Nizami rayonunda “Nissan” və “Mercedes” markalı 2 minik avtomobili toqquşub.
Bakıda “Nissan”la “Mercedes” toqquşub, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 26 iyun / Trend müxbir M.Əliyev/

Bakının Nizami rayonunda "Nissan" və "Mercedes" markalı iki minik avtomobili toqquşub.

Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin çərşənbə günü yaydığı məlumatda bildirilib.

Qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb, "Nissan" markalı avtomobilin sərnişin yaralanıb və qeyd edilən avtomobildə olan sürücü Elçin Cəfərov vəfat edib.

FHN Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Yaralı hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Xəbər lenti

Xəbər lenti