...

İranın Azərbaycandakı Səfirliyinin ərazisində yanğın baş verib

Hadisə Materials 26 İyun 2012 10:48 (UTC +04:00)
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri,Yasamal rayonunda İran İslam Respublikasının Səfirliyinə məxsus ümumi sahəsi 1 ha olan ərazidə 2000 kv.m sahədə quru ot yanıb
İranın Azərbaycandakı Səfirliyinin ərazisində yanğın baş verib

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir M.Əliyev/

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin ərazisində dünən yanğın baş verib.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri,Yasamal rayonunda İran İslam Respublikasının Səfirliyinə məxsus ümumi sahəsi 1 ha olan ərazidə 2000 kv.m sahədə quru ot yanıb.

Bunun nəticəsində, həmçinin, səfirliyin ərazisinə bitişik ümumi sahəsi 42 kv.m olan taxta konstruksiyalardan ibarət kafe yanıb.Yanğından yaxınlıqdakı evlər mühafizə olunub. Yanğın axşam saatlarında söndürülüb.

Xəbər lenti

Xəbər lenti