...

Sumqayıt sakini polis bölməsinə aparılarkən ölüb

Hadisə Materials 27 İyun 2012 13:42 (UTC +04:00)
Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 26-da saat 03.30 radələrində Sumqayıt şəhər sakini Zöhrab Vahidovun idarə etdiyi "Mercedes" markalı avtomaşına sərnişin qisimində oturmuş sərxoş halda olan Sumqayıt şəhər sakini Atəş Xudiyev sürücüyə maneəçilik törətdiyinə və təhqir etdiyinə görə, Z.Vahidov avtomaşınını 3-cü mikrorayonun ərazisində xidmət aparan Sumqayıt ŞPİ Post-Patrul Xidməti Taborunun patrul avtomaşınının yanına sürərək şikayətini bildirib.
Sumqayıt sakini polis bölməsinə aparılarkən ölüb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir E.Mehdiyev/

Sumqayıt şəhər sakini polis bölməsinə aparılarkən ölüb.

Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 26-da saat 03.30 radələrində Sumqayıt şəhər sakini Zöhrab Vahidovun idarə etdiyi "Mercedes" markalı avtomaşına sərnişin qisimində oturmuş sərxoş halda olan Sumqayıt şəhər sakini Atəş Xudiyev sürücüyə maneəçilik törətdiyinə və təhqir etdiyinə görə, Z.Vahidov avtomaşınını 3-cü mikrorayonun ərazisində xidmət aparan Sumqayıt ŞPİ Post-Patrul Xidməti Taborunun patrul avtomaşınının yanına sürərək şikayətini bildirib.

Xudiyev, Vahidovla birgə 3-cü Polis Bölməsinə aparılarkən yolda səhhəti pisləşib və Polis Bölməsinə çatdıqdan sonra əvvəllər iki dəfə infarkt keçirdiyini bildirib və cibindəki dərmanı qəbul edib.

Polis Bölməsinə təcili tibbi yardım maşını çağırılmışdır. Lakin tibb işçiləri tərəfindən müayinə edilən Xudiyev infarktdan ölmüşdür.

Xəbər lenti

Xəbər lenti