...

Goranboyda güclü yağış 50 fərdi təsərrüfata ciddi ziyan vurub, 4 avtomobil körpüsü uçub

Hadisə Materials 29 İyun 2012 17:25 (UTC +04:00)
Ötən gecə Goranboy rayonuna yağan güclü yağış nəticəsində 50-dək fərdi təsərrüfata, 10-a yaxın sahibkarlıq obyektinə ciddi ziyan dəyib.
Goranboyda güclü yağış 50 fərdi təsərrüfata ciddi ziyan vurub, 4 avtomobil körpüsü uçub

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.Mehdiyev/

Ötən gecə Goranboy rayonuna yağan güclü yağış nəticəsində 50-dək fərdi təsərrüfata, 10-a yaxın sahibkarlıq obyektinə ciddi ziyan dəyib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Baxış Abdullayev Trend-ə bildirib ki, 3-ü piyada, 4-ü avtomobil körpüsü olmaqla, 7 körpü sıradan çıxıb.

Lakin, onun sözlərinə görə, alternativ yollardan istifadə nəticəsində hərəkət bərpa olunub.

Abdullayev həmçinin qeyd edib ki, qaz və elektrik xətlərinin fəaliyyəti tam bərpa olunub və bu istiqamətdə heç bir problem müşahidə olunmur.

"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda Goranboy rayonunda güclü yağışın törətdiyi fəsadlarla bağlı araşdırma aparır və nazirlik tərəfindən əraziyə texnika və mütəxəssislər göndərilib", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti