...

Bakının Heydər Əliyev prospektindəki rezonans doğuran yol qəzası (VİDEO)

Hadisə Materials 3 Avqust 2012 10:28 (UTC +04:00)
Bakıda Nərimanov rayonunda, Heydər Əliyev prospektində iyulun 24-də axşam saat 20:00 radələrində "VAZ 2107" markalı avtomobil aşaraq qarşıdan gələn avtomobilin hərəkət zolağına çıxıb.
Bakının Heydər Əliyev prospektindəki rezonans doğuran yol qəzası (VİDEO)

Azərbaycan, Bakı, 3 avqust /Trend müxbir K.Zərbalıyeva/

Bakıda Nərimanov rayonunda, Heydər Əliyev prospektində iyulun 24-də axşam saat 20:00 radələrində "VAZ 2107" markalı avtomobil aşaraq qarşıdan gələn avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə digər "VAZ 2107" ilə toqquşub.

Qəza zamanı qaydanı pozan avtomobilin sürücüsü hadisə yerində ölüb, digər sürücü isə xəsarətlə xəstəxanaya çatdırılıb.

Trend oxuculara həmin rezonans doğuran yol qəzasının videogörüntüsünü təqdim edir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Video Player

Xəbər lenti

Xəbər lenti