...

Türkiyədə dörd azərbaycanlı turist avtomobil qəzasına düşüb

Hadisə Materials 6 Avqust 2012 17:29 (UTC +04:00)
Türkiyədə avtomobil qəzasında Azərbaycan vətəndaşı olan dörd turist xəsarət alıb.
Türkiyədə dörd azərbaycanlı turist avtomobil qəzasına düşüb

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Türkiyədə avtomobil qəzasında Azərbaycan vətəndaşı olan dörd turist xəsarət alıb.

Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Qəza hadisəsi Muğla-Aydın şosesində baş verib.

Məlumata görə, Azərbaycan vətəndaşı Nazim Məmmədovun idarə etdiyi 34 TZ 8564 nömrəli avtomobil Türkiyə vətəndaşı Erdal Evranın idarə etdiyi 35 CSL 72 nömrəli avtomobillə toqquşub.

Sürücü Məmmədovla yanaşı onun həyat yoldaşı Tahirə də yaralanıb. Onların 7 yaşlı oğlu Məhəmmədin vəziyyətinin ağırdır.

İkisi azyaşlı olan yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti